Yəməndə partlayış olub, azı 13 nəfər ölüb

Yəməndə partlayış olub, azı 13 nəfər ölüb

Yəməndə partlayış nəticəsində azı 13 nəfər həyatını itirib, 7 nəfər isə yaralanıb. Bu barədə Vesti.ru saytı məlumat yayıb. Xəbərə görə, partlayıcı qurğu ölkənin cənubunda yerləşən Əd-Dalia əyalətinin Kaataba yaşayış məntəqəsində işə düşüb. Yerli KİV-lərin məlumatına əsasən, həyatını itirənlərin hamısı dinc sakinlərdir. İnsidentin təfərrüatı barədə heç bir məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə