Türkiyənin Hakkari vilayətində terror aktı törədilib.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, vilayətin Şemdinli rayonunda PKK terrorçuları tərəfindən yerə basdırılmış partlayıcı qurğu mülki avtomobil keçərkən işə düşüb. Baş verən partlayış nəticəsində iki mülki vətəndaş həlak olub.
Partlayışı törədən terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat başlayıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB