London metropolitenində qatarların birində yanğın baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə ilə əlaqədar həmin xətdə qatarların hərəkəti dayandırılıb, sərnişinlər evakuasiya edilib.
Hadisə yerinə polis və yanğınsöndürənlər gəliblər.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır. Yanğın nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB