"Türkiyə miqrantlara qucaq açanda Avropanın dəstəyini hiss etməyib"

"Türkiyə miqrantlara qucaq açanda Avropanın dəstəyini hiss etməyib"

"Avropada bəzi bələdiyyələr miqrantların gecələməməsi üçün körpülərin altına qayalar yerləşdirilməsi ilə bağlı təlimat verib." Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Avropa Birliyi işləri üzrə naziri və baş müşaviri Ömər Çelik Tvitter hesabında yazıb.

“Fransada miqrantlara yardım etməsi səbəbindən fermer Sedrik Herreu həbs edilib. Bu, bir nümunədir. Buna bənzərləri çoxdur. Miqrantlara şorba paylayanların tutulması ilə bağlı yayılan məlumatlar da var. Polislərin miqrantlarla sərt davranışı da müzakirə mövzusudur”, - nazir bildirib. Çelik onu da əlavə edib ki, Türkiyə miqrantlara qucaq açdığı zaman Avropanın dəstəyini hiss edə bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə