"Rakkanın yarısı İŞİD terrorçularından azad edilib"

"Rakkanın yarısı İŞİD terrorçularından azad edilib"

"Rakka şəhərinin demək olar ki, yarı hissəsi İŞİD terrorçularından azad edilib." Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının sözçüsü Rayan Dillon deyib.

“Şəhərin 50 faizə yaxın hissəsi Suriya Demokratik Qüvvələrinin nəzarətinə keçib. Hər küçədə ağır döyüşlər gedir. İŞİD-çilərin müqaviməti daha da güclənib və bu səbəbdən müttəfiqlərimizin də irəliləyişi yavaşlayıb”, - sözçü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə