Rusiyada tikiş fabrikində güclü yanğın olub

Rusiyada tikiş fabrikində güclü yanğın olub

Rusiyanın Smolensk şəhərində tikiş fabriklərindən birində güclü yanğın baş verib. Axar.az xəbər verir ki, yanğın 1000 kvadratmetrədək ərazini əhatə edib. Hadisə ilə əlaqədar fabrikdəki insanlar təxliyə edilib.

Olay zamanı 1 nəfərin öldüyü bildirilib. Yanğın bölgəsinə yanğınsöndürənlər briqadası və xilasedicilər cəlb edilib. Yanğının baş vermə səbəbi məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə