Helikopter təlim uçuşları zamanı qəzaya uğrayıb

Helikopter təlim uçuşları zamanı qəzaya uğrayıb

İsrail Hərbi-Hava Qüvvələrinə məxsus “Apache” tipli helikopter təlim uçuşları zamanı qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Negev səhrasında yerləşən hərbi bazada baş verən qəza nəticəsində helikopterin pilotu ölüb, ikinci pilot isə xəsarət alıb.

Dərhal xəstəxanaya yerləşdirilən pilotun vəziyyətinin ağır olduğu bildirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə