Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ABŞ-dakı səfiri Yusif Uteybenin qalmaqallı yazışması dərc olunub. Azvision.az-ın məlumatına görə, səfir qalmaqal yaradacan yazışmasında ölkəsinin Qətərə və Türkiyəyə nifrət etdiyini açıq şəkildə bəyan edib. BƏƏ-nin ABŞ-dakı səfirinin yazışması “Nyu York Tayms” qəzetinin jurnalisti tərəfindən ictimailəşdirilib. Uteybe Qətər böhranının qızışdırılmasında vacib fiqurlardan biridir. Onun Vaşinqtonda BƏƏ-nin və Səudiyyə Ərəbistanının maraqlarını lobbiləşdirdiyi iddia edilir. Səfir Donald Trampın kürəkəni Cared Kuşnerlə çox yaxındır.
Xatırladaq ki, həmin səfir may ayında daha bir qalmaqallı çıxışı ilə yadda qalmışdı. O zaman Uteybe Türkiyə prezidenti Ərdoğan barədə demişdi: “O, yalnız güc dilini anlayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB