Avtobus hündürlükdən uçuruma yuvarlanıb

Avtobus hündürlükdən uçuruma yuvarlanıb

Boliviyada sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qəza Koçabamba-Santa-Krus yolunda baş verib, avtobus 150 metr hündürlükdən uçuruma yuvarlanıb.

Ən azı 8 nəfərin həlak olduğu qeyd edilir, zərər çəkmiş 31 nəfər təxliyyə olunub.

Qəzanın səbəbləri təyin edilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə