Təyyarəni dayanacaqda ildırım vurdu

Təyyarəni dayanacaqda ildırım vurdu

ABŞ-ın Florida ştatında hava limanında dayanan təyyarənin üzərinə ildırım düşüb. Həmin görüntü isə limanının kameralarında qeyd edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təyyarənin quyruğuna düşən ildırım nəticəsində yaralanan şəxs, hadisə anında əli təyyarəyə toxunduğu üçün elektrik cərəyanı onu yerə yıxıb.

Hadisədən sonra bədənində üçüncü dərəcə yanıqlar əmələ gələn gənc adam, həmkarları tərəfindən xəstəxanaya aparılıb, iki həftə xəstəxanada qaldıqdan sonra evinə buraxılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə