NATO-nun Əfqanıstanda fəaliyyət göstərən “Qətiyyətli dəstək” missiyası Qəndəharda hücum nəticəsində 2 amerikalı hərbçinin həlak olduğunu, 4 nəfərin isə yaralandığını təsdiqləyib. Tolo News telekanalının məlumatına görə, hadisə avqustun 2-də səhər saatlarında baş verib. Terrorçu-kamikadze minalanmış avtomobilə Qəndəhar aeroportuna gedən xarici qüvvələrin avtomobil karvanına hücum edib.
Xatırladaq ki, ABŞ Əfqanıstanda hərbi əməliyyatlara 2001-ci ildə başlayıb. Sonradan BMT Təhlükəsizlik Şurasının sanksiyası ilə ölkədə NATO-nun rəhbərliyi altında beynəlxalq qüvvələr yerləşdirilib. Onlar “Taliban” hərəkatına qarşı döyüşlər aparıb. 2014-cü ildə NATO-nun hərbi kontingenti Əfqanıstandan çıxarılıb və 2015-ci il yanvarın 1-dən onun yerini “Qətiyyətli dəstək” missiyası tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB