Ermənistanın Rusiyadakı səfiri: “Ermənistanın xarici siyasəti qarşılıqlı asılılığın prinsiplərinə əsaslanır”

"Ermənistanın xarici siyasəti qarşılıqlı asılılıq və siyasi realizmin əsas prinsiplərinə əsaslanır". SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayan Ermənistanın müstəqilliyinin 19-cu ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

 

"Ermənistanın təhlükəsizliyinin əsas komponenti hər şeydən əvvəl Rusiya ilə əlaqələridir", - deyən səfir bu əlaqələrin hərbi əməkdaşlıq, texniki, ikitərəfli strateji əməkdaşlıq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində olduğunu deyib. Ermənistanın milli təhlükəsizliyinə mövcud olan təhlükələrin ona hərbi-siyasi zəmanətin verilməsi üçün ehtiyac yaratdığını söyləyən O.Yesayan bildirib ki, Qafqazda stabillik Ermənistan-Rusiya strateji əməkdaşlığının mövcud olan yüksək səviyyəsini qabaqcadan müəyyən edir: "Bu Gümrüdə rus hərbçilərinin olması üçün də əsas yaradır. Sənəd aydın şəkildə göstərir ki, rus hərbçiləri Ermənistan Respublikasının təhlükəsizliyini təmin edəcək. Bu sənəd həmçinin Rusiyanın Ermənistanın müasir silahlarla təchizatına da imkan verir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...