Bu gün cəbhə xəttində monitorinq keçiriləcək

Bu gün cəbhə xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycanın Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qərb istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Jaslan Nurtazin keçirəcəklər.

 

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Xristo Xristov və Uilyam Prayor keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə