Hindistanda ölənlərin sayı 35-a çatıb

Hindistanda ölənlərin sayı 35-a çatıb

Hindistanın şərqində yerləşən Orissa ştatında ildırım vurması nəticəsində ölənlərin sayı 35-a çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ildırım vurması nəticəsində 18 nəfər xəsarət alıb.

Qedək ki, ötən il 700 nəfərə yaxın insan isti hava səbəbindən, 475–dək hindistanlı isə musson yağışlarının əmələ gətirdiyi daşqınlar nəticəsində həyatını itirib. Son məlumata görə, bu ilin iyulunda daşqınlar təkcə Qudcarat ştatında azı 216 nəfərin həyatına son qoyub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə