"Çevrilişin siyasi ayağı ortaya çıxsa, Türkiyədə zəlzələ baş verəcək"

"Çevrilişin siyasi ayağı ortaya çıxsa, Türkiyədə zəlzələ baş verəcək"

"Ötən ilin 15 iyulunda Türkiyədə baş verən çevrilişə cəhdin siyasi bir ayağı var. Əgər bir gün çevrilişin siyasi ayağı ortaya çıxsa, o zaman tam bir siyasi zəlzələ baş verəcək. Buna şübhəm yoxdur."

Axar.az xəbər verir ki, bu sözləri "Hürriyyət" qəzetinin yazari Əbdülqadir Selvi Türkiyədəki inqilabla bağlı yazdığı kitabında bildirib.

"Xalqa bizim nə düşündüyümüz maraqlı deyil. Onlar prezidenti görmək istəyir, onun dilindən nələrsə eşitmək istəyir. Ərdoğan "Feystaym"la canlı yayıma bağlandı və xalqı meydana səslədi və bundan sonra inqilabın rəngi dəyişdi. Ərdoğan canlı yayıma bağlanmaq istəyərkən, heç kim bunun məqsədini anlamadı, hətta nazirlər canlı yayıma bağlanmaq üçün bir-birinə zəng edirdi", - Selvi söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə