Hindistanda 14 nəfər ildırımın qurbanı olub

Hindistanda 14 nəfər ildırımın qurbanı olub

Hindistanın şərqində yerləşən Orissa ştatında ildırım vurması nəticəsində ən azı 14 nəfər ölüb, 6 nəfər zərər çəkib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ötən gün ştatın şimal-şərq sahili güclü fırtınaya məruz qalıb. Ən çox ölüm halı Bhadrak dairəsində qeydə alınıb: burada 5 nəfər ölüb. Qonşu Balasor və Kendrapara dairələrinin hər birində 3 nəfər ölüb, 5 nəfər zərər çəkib. Bundan əlavə, Banspal, Anqul Sundarqarh dairələrində də ölüm halları qeydə alınıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə