Əfqanıstanda baş verən təyyarə qəzasında 9 əsgər həlak olub, 2-si yaralanıb

NATO-nun Əfqanıstanda itkiləri getdikcə artır. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, beynəlxalq qüvvələrin əsgərləri tərəfindən idarə olunan hərbi təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər ölüb, 2 nəfər yaralanıb. Hazırda ABŞ-dan olan iki əsgər ağır yaralı olaraq xəstəxanaya aparılıblar.

 

"The Associated Press"in isə verdiyi xəbərə görə, NATO baş vermış hadisə ilə bağlı "düşmənin hücumu qeydə alınmayıb" başlığı altında rəsmi məlumat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə