40 hərbçi həlak olub

Əfqanıstanın Qəndəhar əyalətində taliblərin hərbi bazaya hücumu zamanı ən azı 40 hərbçi həlak olub.

SİA-nın verdiyi məlumata görə, hücum dünən axşam Hakrez qəzasında baş verib. Hərbçilər və terrorçular arasında toqquşma təxminən beş saat davam edib.

Hökumət məlumatı rəsmi olaraq şərh etməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə