"Washington Post" qəzeti Əfqanıstanda xidmət göstərən bir ABŞ topçu birliyinin əsgərlərinin əylənmək üçün qarşılarına çıxan mülki vətəndaşları öldürdüyünü və cəsədləri parçaladığını yazıb.
SİA-nın məlumatına görə, qəzetin hərbi mənbələrə istinadin yaydığı xəbərə görə, bu olaylardan biri Məhəmməd Kalay kəndində yaşanıb. Bir ABŞ əsgərinə yanaşan əfqan əsgərin hücuma məruz qaldığını düşünən digər əsgərlər tərəfindən öldürülüb.
Yanvarın 15-də yaşanan bu olay əfqanıstanlı mülki şəxslərə atəş dalğasının başlanğıcı olub. Xəbərdə ABŞ əsgərlərinin cəsədləri hissələrə ayırdığı və onların fotolarını çəkdiyi bildirilir. Qəzet 5 amerikalı əsgərin yanvar və may ayları arasında Qəndəharda əylənmək üçün 3 nəfəri öldürdüyünü də qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB