Türkiyədən Suriyaya uzanan tunel tapılıb

Türkiyədən Suriyaya uzanan tunel tapılıb

Türkiyənin Mardin şəhərinin Nusaybin mahalından Suriya sərhədinə qədər uzanan tunel aşkar olunub. Axar.az xəbər verir ki, məlumatda tunelin Nusaybindəki qəbirstanlıqlardan birində tapıldığı bildirilib.

Qeyd edilir ki, PKK-çılar həmin ərazidə barrikadalar qazaraq hücumlardan müdafiə olunurdular. Sözügedən tunelin də kanalizasiya xəttinə bağlandığı və minalı əraziyə çıxdığı bildirilib.

Təhlükəsizlik qüvvələri tuneldən PKK-nın silah, sursat və narkotik daşınmasında istifadə etdiyi barədə məlumat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə