Kolumbiyada terrorçular bank kartı ilə maaş alacaq

Kolumbiyada terrorçular bank kartı ilə maaş alacaq

Kolumbiya Milli Azadlıq Ordusunun üzvlərinə maaş ödəniləcək. Axar.az xəbər verir ki, Kolumbiyada hökumətlə terrorçular arasında əldə olunan razılığa görə, silahını təslim edən 7 mindən çox təşkilat üzvünə cəmiyyətə adaptasiya müddətində ödəniləcək maaşları üçün bank kartları verilməsinə başlanılıb.

Onların həmçinin kiçik müəssisələr qurmaları üçün kreditlər təmin olunacağı qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə