Əfqanıstanda 8 nəfər öldürülüb

Əfqanıstanda 8 nəfər öldürülüb

Əfqanıstanın cənubunda yerləşən Nəngərhar əyalətində xarici ölkə təyyarələrinin İŞİD terror təşkilatının mövqelərinə endirdiyi zərbə nəticəsində ən azı 8 dinc sakin ölüb, 6-sı yaralanıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, zərbə ABŞ aviasiya qüvvələri tərəfindən dinc əhali arasında atəş açan terrorçulara cavab olaraq endirilib. Aviazərbə nəticəsində, həmçinin üç yerli başçı daxil olmaqla 25 İŞİD terrorçusu məhv edilib, 15-i yaralanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə