Rus deputat: "Bu, ABŞ üçün böyük risk olacaq"

Rus deputat: "Bu, ABŞ üçün böyük risk olacaq"

"ABŞ-da Rusiyaya qarşı mənfi hissləri azaldana qədər uydurma xəbərlərin yayılması riski yüksək olacaq." Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev deyib.

Kosaçev "Nyusvik" jurnalının uydurma məlumatları silmək qərarını məmnuniyyətlə qarşıladığını, ancaq bunun da bir o qədər də əhəmiyyət kəsb etmədiyini söyləyib:

"Bu qərar razılıqla qarşılana bilər, ancaq belə bir vəziyyət var. Nəşr olunduğu zaman bu cür yalan xəbərləri oxuyan on minlərlə insan sözügedən xəbərlərin yalan olduğunu və yayımdan qaldırıldığını heç vaxt anlamayacaqlar", - Kosaçev qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə