İran "Sayad-3" havadan müdafiə raketlərinin istehsalına başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, istehsalın açılışı mərasimində ölkənin müdafiə naziri Hüseyn Dehqan iştirak edib.
Nazir çıxışında bildirib ki, "Sayad-3" raketlərinin istehsalında müasir dünya texnologiyaları nəzərə alınıb: "Bu raketlər təhlükə mənbəyi olan istənilən hədəfi – "görünməyən" qırıcılar, pilotsuz uçan aparatlar, qanadlı raketlər, helikopterlər və digər uçan vasitələri vurmağa qadirdir".
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB