İspaniyada faciəli hadisə: 26 nəfər yaralanıb

İspaniyada faciəli hadisə: 26 nəfər yaralanıb

İspaniyanın paytaxtı Madrid şəhərindəki attraksionlar parkında baş vermiş bədbəxt hadisə nəticəsində ən azı 26 nəfər yaralanıb. Bu barədə Europa Press xəbər agentliyi məlumat yayıb. Məlumata əsasən "Amerika təpəciklərində" hərəkət edən iki vaqon yerli vaxtla saat 14:30-da toqquşub. Xəsarət alanlar arasında azyaşlılar da var. Onlar xəstəxanaya yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə