Ərdoğandan Kılıçdaroğluna: "Bu əxlaqsızlıqdır"

Ərdoğandan Kılıçdaroğluna: "Bu əxlaqsızlıqdır"

"Türk milləti olaraq coğrafiyamızın, dünyamızın gələcəyində böyük rolumuz var. " Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şəhidlər Körpüsündə 15 iyul uğursuz hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı təşkil edilən nümayişdə çıxışı zamanı deyib.

“Əvvəlcədən hazırlanmış qiyam deyirlər. Millətimizin şanlı tarixinə ləkə yaxmağa çalışırlar. Bu əxlaqsızlıqdır. Yeniqapı mitinqlərinə Kılıçdaroğlu adlı şəxsi də dəvət etdik. Lakin son anda imtina etdi. Onun 15 iyulla bağlı iddiaları hörmətsizlikdir. Bu millət sənin kimi qorxaq deyil”, - Ərdoğan bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə