Yeni səfir Ankaraya gedib

Rusiyanın Türkiyədəki yeni səfiri Aleksey Yerxov Ankaraya gedib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səfir Türkiyə parlamentində çevriliş cəhdinin ildönümü ilə bağlı xüsusi iclasında iştirak edəcək.

Qeyd edək ki, bu ilin iyunun 19-da Rusiya prezidenti Vladimir Putin Aleksey Yerxovu bu ölkənin Türkiyədəki səfiri vəzifəsinə təyin edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə