İsveçdə inşa olunan körpünün dəmir yolunun üzərinə uçması nəticəsində 12 nəfər xəsarət alıb. APA-nın İsveç mətbuatına istinadən verdiyi məlumata görə, hadisə İsveçin mərkəzində yerləşən Dalarna şəhərində baş verib. Xəsarət alanlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir.
Onlar helikopterlərlə xəstəxanaya çatdırılıb. Məlumata görə, hadisə yerində 15-20 nəfərin ola biləcəyi ehtimal edilir. Hadisə baş verdiyi yerdə qatarların hərəkəti müvəqqəti olaraq saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB