"Heç kim Venesuelanın qarşısını ala bilməz"

"Heç kim Venesuelanın qarşısını ala bilməz"

"Heç kim Venesuelanın qarşısını ala bilməz." Axar.az xəbər verir ki, bu sözləri Venesuela lideri Nikolas Maduro ölkəsini təhdid edən amerikalı senator Marko Rubioya cavabında deyib. “İmprealizm Milli Məclis yaradacağımız halda ölkəmizin qarşısını alacağını deyir. Heç kim bizim qarşımızı ala bilməz. Venesuela bütün maneələri aşacaq və imprealistlər öz sözlərini geri götürəcək”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, Rubio Venesualaya sərt sanksiyalar tətbiq edilməsi barədə iddialar qaldırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə