İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib

İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib

Türkiyənin Konya vilayətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səhər saatlarında başlayan əməliyyat çərçivəsində Meram rayonunda terrorçuların olduqları müəyyən edilən villaya basqın edilib. Əməliyyat zamanı terrorçularla polis əməkdaşları arasında atışma baş verib. Qarşıdurmada beş terrorçu öldürülüb, iki polis nəfəri yaralanıb.

Əməliyyat davam edir. Villanın yerləşdiyi küçədə nəqliyyatın hərəkəti dayandırılıb, ərazi mühasirəyə alınıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə