11 PKK terrorçusu zərərsizləşdirilib

11 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyə Hərbi-Hava Qüvvələri Mardin və Hakkari vilayətlərində antiterror əməliyyatı keçirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyat nəticəsində 11 PKK terrorçusu zərərsizləşdirilib.

Hava zərbələri nəticəsində Mardinin Dargeçit rayonunda terrorçulara aid mağaralar və iki silah-sursat anbarı məhv edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə