Rusiya Prezidenti Vladimir Putin və hazırda Moskvada rəsmi səfərdə olan Çin Xalq Respublikasının sədri Si Cinpin Şimali Koreyanın qitələrarası ballistik raketi sınaqdan keçirməsi ilə bağlı vəziyyəti müzakirə ediblər.
Xarici KİV-lər xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi KXDR-nin sınaqdan keçirdiyi raketin ölkənin “Raket hücumu barədə xəbərdarlıq sistemi” tərəfindən izləndiyini bildirib.
Xatırladaq ki, iyulun 4-də Şimali Koreya “Xvanson-14” qitələrarası ballistik raketinin uğurla sınaqdan keçirildiyini bəyan edib. Ölkənin mərkəzi televiziyası raketin maksimal uçuş hündürlüyünün 2802 kilometr olduğu və 39 dəqiqə ərzində 933 kilometr məsafə qət etdiyi barədə məlumat yayıb.
Yaponiya Müdafiə Nazirliyi isə öz növbəsində raketin Akita prefekturasında yerləşən Oqa yarımadasından 300 kilometr məsafədə Yapon dənizinə düşdüyünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB