70 PKK terrorçusu zərərsizləşdirilib

70 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyədə son bir həftə ərzində keçirilən antiterror əməliyyatlarında 70 PKK terrorçusu zərərsizləşdirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 26 iyun-3 iyul tarixlərində terrorla mübarizə çərçivəsində Türkiyədə 774 əməliyyat keçirilib. Əməliyyatlarda, 55-i ölü, dördü canlı və 11-i təslim olmaqla 70 terrorçu zərərsizləşdirilib.

Diyarbəkir, Siirt, Bingöl və Hakkaridəki əməliyyatlarda terrorçulara aid yeddi sığınacaq və mağara məhv edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə