İraqda güclü partlayış

İraqın paytaxtı Bağdad ətrafından qərbdə yerləşən ərazidə köçkünlərin yerləşdiyi düşərgədə terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində azı 14 nəfər ölüb, 15 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, terrorun məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.

Terrorçu qadın paltarı geyinərək, üzünü parça ilə örtüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə