Suriyada Əsəd rejimi Həma bölgəsində mülki müdafiə mərkəzinə hücum edib. Axar.az xəbər verir ki, "Ağ dəbilqəlilər" adlandırılan mərkəzə Əsəd rejimi artilleriya zərbələri endirib. Mərkəzin böyük zərər gördüyü, 2 xilasetmə avtomobilinin isə tamamilə yararsız hala düşdüyü bildirilib.
Qeyd edək ki, Həma bölgəsi 4-5 mayda Astana görüşündə Türkiyə, İran və Rusiya arasında imzalanan "təhlükəsiz zona"da yer alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB