Əsəd ordusu Türkman dağına hücum edib

Əsəd ordusu Türkman dağına hücum edib

Suriyanın Latakiya bölgəsinin Türkman dağında rejim qüvvələri ilə müxaliflər arasında növbəti dəfə silahlı toqquşma yaşanıb. Axar.az xəbər verir ki, Əsəd qüvvələrinin İran dəstəyi ilə dağlıq ərazilərdə irəliləməyə çalışdığı bildirilib.

Müxaliflərin tank və ağır çaplı silahlarla qarşılıq verdiyi deyilir. Qeyd edək ki, Türkman dağında hərbi vəziyyət bir qədər sakitləşsə də, son dövrlər yenidən rejim qüvvələri həmlələr etməyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə