Ekvadorda güclü zəlzələ olub

Ekvador sahillərində 5,8 bal gücündə zəlzələ baş verib. SİA-nın verdiyi xəbərə görə, Avropa və Aralıq dənizi seysmoloji mərkəzinin (EMSC) məlumatına görə, yeraltı təkanların episentri Portovyeho şəhərindən 88 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə