Kreml Putin-Merkel danışığı ilə bağlı açıqlama yaydı

Kreml Putin-Merkel danışığı ilə bağlı açıqlama yaydı

"Rusiya lideri Vladimir Putinlə Almaniya kansleri Angela Merkel telefon danışığı zamanı G20 sammiti ilə bağlı gündəm maddələrini müzakirə ediblər." Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir. “Almaniya tərəfinin insiativi ilə Putinlə Merkel arasında telefon danışığı baş tutdu. Hamburqda baş tutacaq G20 sammitinin gündəm maddələri müzakirə edildi. Bundan əlavə, Paris İqlim Dəyişikliyi Razılaşması və ikili əməkdaşlıqla bağlı bəzi məsələlər barədə də fikir mübadiləsi aparıldı”, - açıqlamada bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə