Çinin Ciansi vilayətində 10 gündür davam edən şiddətli yağışların əmələ gətirdiyi daşqınlar nəticəsində 7 nəfər ölüb, 2 nəfər itkin düşüb. Yerli hakimiyyət orqanlarının yaydığı məlumatda deyilir ki, leysan yağışlarının törətdiyi fəsadlar nəticəsində 440 min nəfərə yaxın sakin təxliyə edilməli olub. Vilayətdəki çaylarda və göllərdə suyun səviyyəsi təhlükəli həddə çatıb. Bildirilir ki, bu cür hava şəraiti həftənin sonunadək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB