Sakit okeanda, Tonqa Krallığı sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. RİA Novosti agentliyinin yaydığı xəbərdə deyilir ki, bu barədə ABŞ Milli Geologiya Xidmətinin məlumatında bildirilir. Zəlzələnin episentri Tonqanın paytaxtı Nukualofa şəhərindən 209 km şimal-qərbdə, ocağı isə 38 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB