Məkkə terror hazırlanıb

Müsəlmanların müqəddəs şəhəri olan Məkkədə Ramazan bayramı ərəfəsində terror aktı törətməyə cəhd edilib. Məkkədə kamikadzenin saxlanması əməliyyatı zamanı 6 əcnəbi xəsarət alıb.

"Terrorçuların planı aşkarlanıb, onlar Böyük məscidi partlatmaq istəyiblər. Hədəf ordaki ziyarətçilər və ibadət edənlər olub",- deyə Məkkə polisi bildirib.

Terror planlaşdıran şəxsi Məkkədəki evlərdən birində yaxalamaq mümkün olub. O, polis əməkdaşlarına atəş açıb. Daha sonra isə gizləndiiy evi partladıb ki, bu zaman girov götürdüyü 6 nəfər xəsarət alıb.

Amerika kəşfiyyatının məlumatına görə, terror aktlarını İŞİD terror təşkilatı planlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə