100 nəfər dağıntılar altında qaldı

100 nəfər dağıntılar altında qaldı

Çinin Sıçuan vilayətində şiddətli yağışlardan sonra baş verən torpaq sürüşməsi nəticəsində azı 100 nəfər dağıntılar altında qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə səhər saat 06:00 radələrində Maosian qəsəbəsində baş verib.

İlkin məlumata görə, 40 yaşayış evi torpaq altında qalıb. Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə