ATƏT açıqladı: Donbasda 51 dinc sakin həlak olub

ATƏT açıqladı: Donbasda 51 dinc sakin həlak olub

"İlin əvvəlindən Ukraynanın Donbas bölgəsində hərbi münaqişə nəticəsində 51 dinc sakin həlak olub." APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in Ukraynada Xüsusi Monitorinq Missiyası (XMM) rəhbərinin müavini Aleksandr Huq bəyan edib. “Yanvarın 1-dən Xüsusi Monitorinq Missiyası Donbasda 51 nəfərin həlak olduğu, 230 nəfərin yaralanmasını təsdiqləyib”, deyə A.Huq bildirib.

BMT-nin son hesablamalarına əsasən, 2014-cü ildən Ukraynanın cənub-şərqində davam edən silahlı münaqişə 10 mindən çox insanın həyatına son qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə