Merbok qasırğasının gətirdiyi tufanlı hava şəraiti Çinin Quancou şəhərindəki Bayyun aeroportunda 300-dən çox uçuşun təxirə salınmasına və ya ləğv edilməsinə səbəb olub. Bundan başqa, Bayyun aeroportuna enməli olan 27 təyyarə başqa şəhərə yönləndirilib.
Qeyd edək ki, bu həftənin əvvəlində Cənubi Çin dənizindən Çinin Quandun vilayətinə tərəf hərəkət edən Merbok qasırğasının vurduğu ümumi maddi zərər 280 milyon yuan (təxminən 40 milyon ABŞ dolları) olub. Vilayətdə 15 min hektardan çox meyvə-tərəvəz yetişdirilən sahə məhv olub, 66 ev dağılıb. Meycou şəhərində şiddətli yağışların səbəb olduğu torpaq sürüşməsində 2 nəfər ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB