Helmut Kol 87 yaşında vəfat edib

Helmut Kol 87 yaşında vəfat edib

Almaniyanın sabiq kansleri Helmut Kol 87 yaşında Lyudviqshafen-am-Rayn şəhərindəki evində dünyasını dəyişib. Bu barədə “Bild” nəşri məlumat yayıb. Helmut Kol 1982-1998-ci illərdə Almaniya hökumətinə başçılıq edib. O bu vəzifəni 4 il ardıcıl tutan yeganə siyasətçidir.

Helmut Kol AFR-in başçısı kimi Avropanın və Almaniyanın birləşməsi və “soyuq müharibənin” bitməsi prosesində böyük rol oynayıb. Məhz bu səbəbdən onu xalq arasında “birlik kansleri” də adlandırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə