Hindistan əsgərləri 2 pakistanlını öldürüb

Hindistan əsgərləri 2 pakistanlını öldürüb

Pakistan-Hindistan sərhədində yerləşən mübahisəli Kəşmir bölgəsində hind əsgərlərinin açdığı atəş nəticəsində 2 mülki şəxs həlak olub, 3-ü isə yaralanıb. Axar.az xəbər verir ki, atışamın Jandrot və Hodspriq bölgələrində baş verdiyi bildirilib.

Olay səbəbindən Hindistanın Pakistandakı səfiri Qautam Bambavale Xarici İşlər Nazirliyinə çağrılaraq etiraz notası təqdim edilib. Qeyd edək ki, son dövlərlər Kəşmir bölgəsində tərəflər arasında münaqişə yenidən qızışır.

Bütün xəbərlər Facebook səhifəmizdə