İran Qətərə ərzaq ilə dolu beş təyyarə göndərib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə "Frans Press" xəbər yayıb. "Hazırda tez xarab olan məhsullar, xüsusilə meyvə və tərəvəzlə dolu beş təyyarə Qətərə göndərilib. Onların hər birində 90 tona yaxın yük var. Daha bir təyyarə bu gün uçacaq", — deyə şirkət nümayəndəsi Şahroş Nouşabadi bildirib.
Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir, Liviyanın şərq hissəsi, Yəmən, həmçinin Maldiv adaları Qətəri terror təşkilatlarını dəstəkləməkdə və Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək Doha ilə diplomatik əlaqələri kəsib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB