Türkiyədə hərbi çevriliş cəhdin ildönümündə kütləvi xalq yürüşü keçiriləcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yürüş ölkənin bütün böyük şəhərlərində baş tutacaq.
Prezident Rəcəb Tayyib Ərdoğan və digər ölkə rəsmilərin yürüşdə iştirak edəcəkləri gözlənilir.
Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi olub. Nəticədə, 246 nəfər ölüb, 2000-dən çox insan yaralanıb. 20 iyulda prezident Rəcəb Tayyib Ərdoğan ölkədə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edib və bu müddət indiyədək dəfələrlə uzadılaraq qüvvəsindədir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB