Dağıstanda silahlılarla polis arasında baş verən qarşıdurmalar səngimir
Dağıstanın paytaxtı Mahaçkalada Rusiya Federal Təhlükəsizlik Xidməti xüsusi təyinatlı dəstənin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat nəticəsində 8 silahlı zərərsizləşdirilib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı Mahaçkalada bir rayonun əhalisi evakuasiya olunub və ərazi mühasirəyə alınıb. Rusiyanın antiterror komitəsi Dağıstanın paytaxtı Mahaçkalada antiterror əməliyyatlarının davam etdiyini açıqlayıb. Öldürülən silahlıların şəxsiyyətinin müəyyənləşdirildiyi bildirilir.
Bundan əlavə, verilən son xəbərə görə, Dağıstanın Kizilyurt rayonunun Komsomolski kəndində şəxsi evdə gizlənmiş silahlılara qarşı əməliyyat zamanı iki polis əməkdaşı öldürülüb. Buna qədər isə silahlılar kəndin icra nümayəndəsi Xvarzat Şaripovu öldürüblər. Əraziyə cəlb olunmuş xüsusi təyinatlılar silahlıları zərərsizləşdirib. Buna baxmayaraq evdə daha 4 silahlının olduğu bildirilir. Antiterror əməliyyatları indi də davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB