“Voennoye obozreniye” nəşri: Rusiya qırıcılarını Ermənistana göndərir

“Voennoye obozreniye” nəşri: Rusiya qırıcılarını Ermənistana göndərir

Rusiya Ermənistandakı Erebuni hərbi bazasına MiQ-29 təyyarələri göndərəcək. APA-nın məlumatına görə, bu barədə “Voennoye obozreniye” nəşri yazıb.

Bildirilir ki, Rusiyanın Kurskda yerləşən Qərb Hərbi Dairəsinin 14-cü alayına məxsus Xalino aerodromuna çoxtəyinatlı Su-30SM qırıcı təyyarələri gətiriləcək. Qəzet yazır ki, hazırda alayda olan MiQ-29 təyyarələrinin yeni təyyarələrlə əvəzlənməsi prosesi aparılır:

"Alayda 6 ədəd Su-30CM olmaqla, ümumilikdə 12 təyyarə olacaq. Alayın yeni texnika ilə təmin olunması nəticəsində çox da böyük yaşı olmayan MiQ-29-lar hansısa digər aviasiya polkuna göndəriləcək. Bu, ehtimal ki, Ermənistandakı Erebuni hərbi bazası olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə